XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

29 Avqust 2018 - 19:04

İraq-Suriya sərhədi yaxınlığında terror aktı törədilib- 21 nəfər ölüb

İraqın Anbar əyalətində terror aktı törədilib.

“Report” TASS istinadən xəbər verir ki, partlayış İraq-Suriya sərhədi yaxınlığında Əl-Kaim şəhərindəki nəzarət-keçid məntəqəsində qeydə alınıb.

Terror aktı partlayıcı maddə ilə yüklənmiş avtomobil İraq hərbçilərinin yaxınlığında partlayıb.

Partlayış nəticəsində, ən azı, 21 nəfər ölüb.

İraq ərazisində fəaliyyət göstərən ekstremist qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.