Türkiyə hava qüvvələri İraqda növbəti əməliyyat keçirib.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Bildirilib ki, İraqın Gara bölgəsində Türkiyəyə basqın hazırlığında olan PKK terrorçuları yerindəcə məhv edilib: “Hücum nəticəsində 9 terrorçu məhv edilib”.