XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

30 Avqust 2018 - 22:24

İranın Ali rəhbəri 615 məhkumu əfv etdi

İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei 615 məhkumu əfv edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ali rəhbərin administrasiyası məlumat yayıb.

Bildirilir ki, Qurban və Qədr-Xum bayramları münasibətilə Ayətullah Seyid Əli Xamenei humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq 615 məhkumu əfv edib.

Qeyd olunur ki, müxtəlif cinayətlərə görə inqilab məhkəmələri tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlər Ali rəhbərə əfv olunmaları haqqında müraciət etmişdilər.

Əfv fərmanına əsasən, bir sıra məhkumlar azadlığa buraxılıb, digərlərinin isə cəza müddətləri azaldılıb.