“ABŞ Administrasiyasının atdığı addımlar nəticəsində İran hökuməti iflasa uğraya bilər”.
“Report” xəbər verir ki, bunu prezident Donald Tramp “Bloomberg’ə müsahibəsində bildirib.
“Mən bura gələndə, onların (iranlıların – red.) Yaxın Şərqdə nə vaxt üstünlük əldə edəcəkləri məsələsi gündəmdə dayanırdı. İndi isə bu, onların sağ qalıb-qalmayacağı məsələsidir. Bir il yarım ərzində böyük fərqdir”, – D.Tramp deyib.