XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 13:35

Köçəryan seçkilərdə iştirak edəcəyini bəyan edib:“Məni xatırlayan çoxlu insanlar var”  

 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bəyan edib.

Bu barədə o, “Sputnik Armenia” saytına müsahibəsində bildirib. “Əgər siyasətə qayıdacağımı bəyan etmişəmsə, təbii olaraq bu seçkilərdə iştirak etməliyəm. Lakin hələ zamanımız boldur, situasiya isə olduqca tez inkişaf edir. İndi seçkilərdə iştirak formatını açıq buraxıb təşkilati məsələlərlə məşğul olmaq lazımdır. Hazırda siyasi dayaq hesab etdiyim insanların səfərbərlyi üzərində iş görülür”,- Köçəryan qeyd edib.

Onun sözlərinə görə, alternativ mövqeyin daşıyıcıları indiki hakimiyyətin siyasəti ilə razılaşmayanlardır. “Əgər biz siyasi dayaqdan danışırıqsa mənim prezidentliyim dövrümdə əldə olunan müvəffəqiyyətləri xatırlayan çoxlu sayda insanlar var. Xüsusilə, iqtisadi və xarici siyasi sahələrdə qazanılan uğurları qeyd etməliyik. 1998-2008-ci illərdə ölkənin şəklinin necə dəyişdiyini hamınız görmüsüz”,-keçmiş prezident söyləyib.

Köçəryan siyasi həyatında populizmi sevmədiyini bildirərək, özünün əsl peşəkar olduğunu iddia edib: “Ermənilər hansısa vədləri verən siyasətçiləri, özünü sübut edən və konkret nəticələrə nail olan şəxslərdən çox sevir. Hesab edirəm ki, erməni vətəndaşlarına aydın şəkildə dərk olunan, praktik nəticələr lazımdır. Mənim dayağım da elə konkret nəticələr istəyən həmin insanlardır”.

Müxbirin Paşinyana müxalif sayılan bütün qüvvələri ətrafında birləşdirmək perspektivi və Serj Sərkisyanın Respublika partiyasının burada iştirak edib-etməyəcəyi ilə bağlı verdiyi sualına Köçəryan belə cavab verib: “Mən Ermənistanda müxalifətin qütblərindən birinə çevrilmək imkanını gözdən keçririəm. Lakin situasiya elə dinamik şəkildə inkişaf edir ki, heç nəyi istisna etmək olmaz. Buna baxmayaraq, onların yerinə də qərar verə bilmərəm. Mən yalnız özümə, öz gücümə, habelə ətrafımdakı insanlara güvənirəm”.