XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

31 Avqust 2018 - 13:55

Rusiya prezidenti Robert Koçaryana zəng edib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana telefonla zəng edib.

“Report” Kremlin saytına istinadən xəbər verir ki, V.Putin avqustun 31-də 64 yaşı tamam olan sabiq prezidenti təbrik edib. Qeyd edək ki, R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. Bundan sonra o, aktiv siyasi fəaliyyətlə məşğul olmayıb.

Daha əvvəl R.Koçaryan “Sputnik-Ermənistan”a müsahibəsində Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyə hazır olduğunu bildirib.