XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 19:30

Yaponiyanın Müdafiə Nazirliyi öz tarixində rekord məbləğdə büdcə sorğusu hazırlayıb –  Qərar

 

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın ballistik raket proqramı və Çinin dənizdəki fəaliyyəti ilə bağlı təhlükəsizlik vəzifələrini həll etmək məqsədilə rekord məbləğdə büdcə vəsaiti üçün sorğu verməyə hazırlaşır.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, nazirliyin rəhbərliyi avqustun 31-də 2019-cu ilin aprelində başlanacaq növbəti maliyyə ili üçün 5 trilyon 300 milyard yen (təqribən 47 milyard 700 milyon dollar) məbləğində büdcə sorğusu verilməsi barədə qərar qəbul edib. Bu, cari maliyyə ilinin ilkin müdafiə büdcəsini 2,1 faiz üstələyir.

Sorğuda yerüstü “Aegis Ashore” raketə qarşı müdafiə sistemləri komplekslərinin maliyyələşdirilməsi əsas yer tutur. Nazirlik 2019-cu maliyyə ilindən başlayaraq həmin kompleksdən iki ədəd alınmasını planlaşdırır. Bundan əlavə, sorğuda Çinin dənizdə fəallaşması ilə əlaqədar Yaponiyanın ətrafındakı sularda yerləşən uzaq adaların müdafiəsinin təşkili də əksini tapıb.

Sorğuda digər dövlətlərin kosmik məkanın hərbiləşdirilməsi məqsədilə yeni texnologiyalara investisiyaları artırması nəzərə alınaraq, yerətrafı orbitdə izləyici radar sistemlərinin maliyyələşdirilməsi də planlaşdırılır.