XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 23:12

Tramp hüquq-mühafizə orqanlarının rəhbərlərini işdən çıxaracağı ilə hədələyib:“Hazırda baş verənlər rüsvayçılıqdır”

 

 ABŞ-ın orta qərbi ştatı İndianada siyasi mitinqdə çıxış edən prezident Donald Tramp ölkənin yüksək vəzifəli hüquq-mühafizə rəsmilərinə qəzəbini yönəldib.

Bizim Ədliyyə Departamenti və Federal Təhqiqat Büromuz (DBI) artıq işlərini düzgün və yaxşı şəkildə yerinə yetirməlidir. İnsanlar qəzəblidir”- deyə, Tramp bildirib. “Hazırda baş verənlər rüsvayçılıqdır”, – prezident söyləyib.

“Mən bu məsələdən kənar qalmaq istəyirdim, amma elə bir həddə çatdıq ki, heç nə düzəlmir. Lazım olsa, mən qarışacam və bu məsələyə cəlb olunacam”, – Tramp əlavə edib.

Bundan öncə həmin gün səhər saatlarında Ağ Evdə ikən prezident xüsusi prokurorun Trampın 2016-cı il prezident seçki kampaniyasının rusiyalılarla əlaqəsini araşdıran istintaqını “qeyri-qanuni” adlandırıb. Bloomberg xəbər agentliyinə müsahibə verən Tramp deyib ki, baş prokuror Ceff Seşşıns ən azı noyabrda keçiriləcək ara seçkilərinə kimi işdən çıxarılmayacaq.

“Mən onun yaxşı iş görməsini istəyərdim”, Tramp deyib. O həmçinin Ədliyyə Departamentini yenidən prezidentliyə demokrat namizəd Hillari Klintonu və Rusiya istintaqının mənbələrini araşdırmağa çağırıb.

“Mən Ceffin işini sual edirəm”, o əlavə edib.

Prezident Tramp özünün və bir çox digər Respublikaçının fikrincə Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosunda Trampa qarşı mövcud olan qeyri-obyektivliyə qarşı çıxmadığına görə, Seşşınsı dəfələrlə lağa qoyub və onu “zəif” adlandırıb. FBI çərşənbə günü Trampın heç bir sübut olmadan Çinin keçmiş dövlət katibi Hillari Klintonun emaillərini haker hücumuna məruz qoyduğu iddiasını rədd edib. Tramp deyib ki, əgər onlar bu məsələni araşdırmasa, onlara olan etimadı itirə bilərlər.

Tramp, sabiq FBI direktoru, xüsusi prokuror Rober Müllerin istintaqını siyasi motivli ifritə ovu adlandırır. Prezident dəfələrlə kampniyası ilə Rusiya arasında heç bir əlaqənin olmadığını bildirib. (Amerikanın Səsi)