XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2018 - 00:06

BMT-nin nüvə agentliyinin yeni məxfi hesabatı:“İran nüvə razılığına əməl edir”

 

 BMT-nin nüvə agentliyinin yeni məxfi hesabatına əsasən, İran 2015-ci ildə dünya qüdrətlərinin tətbiq etdiyi məhdudiyyətlərə əməl edir.

Prezident Donald Tramp may ayında Birləşmiş Ştatların razılıqdan geri çəkiləcəyini və sanksiyaları bərap edəcəyini elan edəndən sonra Beynəlxalq Atom Enerjisi Agentliyi ikinci rüblük hesabatında İranın uran zənginləşdirmə səviyyəsini aşmadığını bildirib.

May ayında dərc olunan son hesabatında isə BAEA bildirmişdi ki, İran müfəttişlərlə daha çox əməkdaşlıq etməlidir və beləcə “önlara olan etimadı artırmalıdırlar”, lakin hesabatda İslam Dövlətinin narahtlığa səbəb olduğu bildirilməyib. Bəyanatda qeyd edilib ki, BMT-nin Vyanada qərargahlanan nüvə agentliyi İranın razılığa əməl-edib etmədiyini yoxlamaq üçün lazım olan bütün təftişləri həyata keçirə bilib. “Zənginləşdirilmiş uranın hasilat həcmi sabitdir. Heç bir dəyişiklik olmayıb” – deyə, yüksək vəzifəli diplomat bildirib.

ABŞ-ın İrana nüvə razılığı nəticəsində aradan qaldırılan sanksiyaları yenidən tətbiq etməsindən sonra, Avropa İttifaqının Trampın bu addımın effektlərinin qarşısını almağa cəhd etməsinə baxmayaraq, bir çox diplomat və təhlilçi razılığın davam edəcəyinə şübhə ilə yanaşır. Cümə axşamı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, İranın yeganə çıxış yolu nüvə razılığına əməl etmək deyil. “Razılığa təkcə sözdə deyil, əməldə də riayət edən tərəf olmaq İran üçün yeganə variant deyil” , o, Twitter-də yazıb.

Avropa İttifaqı hərəkətə keçməlidir

BAEA-nin hesabatı agentliyə üzv ölkələrə göndəriləndən sonra Fransa xarici işlər naziri Jan İv Le Drian deyib ki, ABŞ-ın geri çəkilməsinə baxmayaraq, razılıq hələ davam edir. O, cümə axşamı Avropa İttifaqının İran siyasətini müzakirə etmək üçün Vyanada bir araya gələn digər nazirləri Tehranı ABŞ-ın sanksiyalarından qorumaq üçün daha çox səy göstərməyə və bunun üçün də “İrana ticarət aparmağa yardım edəcək daimi maliyyə mexanizmlərinin tətbiq olunmasına” çağırıb.

Zərif deyib ki, razılığa əməl etmək İrana iqtisadi faydalar gətirə bilər.

Çərşənbə axşamı İranın ali ruhani lideri Ayətullah Əli Xameneyi Avropa İttifaqı ölkələrinin razılığı qoruyub saxlaya biləcəklərinə şübhə ilə yanaşın və Tehranın Razılıqdan geri çəkilə biləcəyini deyib. Xameneyi prezident Həsən Ruhaniyə Avropanın dəstəyinə arxalanmamağa çağırıb. ABŞ sanksiyalarından sonra iqtisadiyyatı idarə edə bilmədiyinə görə Ruhaniyə qarşı təzyiqlər artıb. Bir neçə nazir parlamentin hücumuna məruz qalıb.

Le Drian deyib ki, Tehran gələcək nüvə planları, balistik raket arsenalı və Suriya və Yəməndə davam edən müharibələrdə rolu ilə bağlı da danışqlara hazır olmalıdır.

Bu məsələlər 2015-ci ildə Britaniya, Fransa, Almaniya, Çin, Rusiya və Birləşmiş Ştatların İranla əldə etdiyi razılığa daxil edilməyib və Tramp Vaşinqtonun razılıqdan geri çəkilməsinə səbəb olaraq bunu göstərib.

Le Drian deyib ki, raketlərinin müdafiə məqsədi daşıdığını iddia edən İran regiondakı müttəfiqlərini raketlərlə təchiz edir və balistik raketlərin yayılmasına imkan yaradır. O həmçinin qeyd edib ki, “İran regional hegemon olmaq istəyindən əl çəkməlidir”. İran balistik raketləri və Yaxın Şərqdə rolunun artması ilə bağlı danışıqları qəbul etmir. (Amerikanın Səsi)