XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2018 - 12:16

Merkel Avropa şirkətlərini Afrikaya sərmayə yatırmağa çağırıb:"Bu halda, Avropoya miqrant axını azala bilər"

“Avropa şirkətləri Afrikaya sərmayə qoyacağı təqdirdə, Avropoya miqrant axını azala bilər”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel Qərbi Afrika ölkələrinə – Senegal, Gana və Nigeriyaya səfəri zamanı deyib.

O əlavə edib ki, Afrikaya sərmayə qoyuluşu ölkədə məşğulluğun artmasına şərait yaradacaq.

A.Merkel Afrikada alman şirkətləri üçün infrastruktur və energetika sahəsində investisiya imkanlarını araşdırıb.

Qeyd edək ki, Afrikada hazırda 1000 alman şirkəti fəaliyyət göstərir. Almaniya Afrikada fəaliyyət göstərən şirkətlər üçün əlavə stimullaşdırıcı tədbirlər planlaşdırır.