XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2018 - 15:48

“Şərq tərəfdaşlığı” proqramının məktəbi açılacaq- Tbilisidə

Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han sentyabrın 3-də Gürcüstana səfər edəcək.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, iki günlük səfər çərçivəsində Avropa komissarı Tbilisidə Aİ-nin “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr üçün nəzərdə tutulmuş Avropa məktəbinin açılış mərasimində iştirak edəcək.

Məktəbdə “Şərq tərəfdaşlığı” proqramının 6 üzv ölkəsinin tələbələri təhsil alacaqlar. Tələbələr müsabiqə yolu ilə seçiləcəklər.

Təhsil ocağında Avropa standartlarına uyğun beynəlxalq təhsil proqramları təklif olunacaq və məzunlara beynəlxalq bakalavr diplomu veriləcək.

Avropa məktəbi yeni bina inşa olunana qədər “Yeni məktəb” adlı özəl məktəbdə yerləşəcək. 2018-2019 tədris ilində məktəbdə təhsil alacaq 30 tələbə artıq seçilib.

Y.Han Gürcüstana səfəri çərçivəsində həmçinin prezident Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze və xarici işlər naziri David Zalkaliani ilə görüşəcək.