XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2018 - 16:25

Mirça Luçesku Türkiyə millisinə 13 legioner dəvət edib- UEFA Millətlər Liqasında oyunlar üçün

Türkiyə millisinin UEFA Millətlər Liqasında Rusiya və İsveçrə milli komandaları ilə oyunlarda meydançaya çıxacaq heyəti müəyyənləşib. Heyətə xarici ölkə klublarında oynayan 13 türkiyəli legioner daxil edilib.

Azərtac xəbər verir ki, baş məşqçi Mirça Luçesku 28 futbolçuya dəvət göndərib. Türkiyə milli komandasının heyətinə qapıçılar Gökhan Akkan (“Çaykur Rizespor”), Serkan Kırıntılı (“Konyaspor”), Sinan Bolat (“Antverpen”), müdafiəçilər Gökhan Gönül (“Beşiktaş”), Mehmet Zeki Çelik (“Lill”), Şener Özbayraklı (“Fənərbağça”), Çağlar Söyüncü (“Lester Siti”), Ertuğrul Ersoy (“Bursaspor”), Kaan Ayhan (”Fortuna”, Düsseldorf), Mert Müldür (“Rapid”), Serdar Aziz (“Qalatasaray”), Hasan Ali Kaldırım (“Fənərbağça”), Ömer Bayram (“Akhisarspor”) cəlb olunub.

Yığmanın heyətində yarımmüdafiəçilər Cengiz Ünder (“Roma”), Yusuf Yazıcı (“Trabzonspor”), Serdar Gürler (“Hueska”), Abdülkadir Ömür (“Trabzonspor”), Emre Akbaba (“Qalatasaray”), Oğuzhan Özyakup (“Beşiktaş”), Mahmut Tekdemir (“Başakşehir”), Mehmet Topal (“Fənərbağça”), Okay Yokuşlu (“Selta Viqo”), Tarkan Serbest (“Kasımpaşa”), Berkay Özcan (“Ştuttqart”), Hakan Çalhanoğlu (“Milan”), Yunus Mallı (“Volfsburq”), hücumçular Cenk Tosun (“Everton”) və Enes Ünal (“Valyadolid”) yer alıblar.

Qeyd edək ki, Türkiyə millisinin Rusiya ilə oyunu sentyabrın 7-də Trabzondakı “Şenol Güneş” İdman Kompleksində, İsveç yığması ilə qarşılaşması isə sentyabrın 10-da Solna şəhərindəki “Friend Arena”da keçiriləcək.