Ukraynanın Avropa İttifaqı ölkələri ilə xarici ticarəti 42 faizə çatıb.
Azərtac xəbər verir ki, bunu Ukrayna Prezidenti Petro Poroşenko açıqlamasında bildirib.
Poroşenkonun sözlərinə görə, 2018-ci ilin birinci yarısında Ukrayna Avropa İttifaqı ölkələrinə 11,2 milyard dollar həcmində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard dollar çoxdur.
“Biz Ukraynanın Avropa İttifaqına inteqrasiyası üçün həm iqtisadi-ticarət, həmçinin siyasi əməkdaşlığı dərinləşdirəcəyik. Hakimiyyətin qarşısında əsas hədəf Ukraynanı Avropa İttifaqına tamhüquqlu üzv etməkdir”, – deyə Poroşenko əlavə edib.