XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2018 - 12:49

Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb,ölən və yaralananlar var

Bazar günü Əfqanıstanın Bəlx bölgəsində hərbi qüvvələrə məxsus vertolyotun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərbçilərə istinadən “Tolo News” telekanalı məlumat yayıb.

Bildirilir ki, vertolyot “Şahin” hərbi bazasından havaya qalxan zaman yerə düşüb və yanmağa başlayıb. Hava gəmisinin göyərtəsində 10 hərbçi olub.

Ehtimala görə, qəzaya texniki nasazlıq səbəb ola bilər. Hadisənin başqa təfərrüatları məlum deyil.