XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2018 - 13:33

Dustaq rahibin xanımı iki həftə sonra evdən çıxdı, türk polisi həyəcan siqnalı verdi –FOTO

ABŞ-la Türkiyə arasında ciddi gərginliyə səbəb olan və hazırda Türkiyənin İzmir şəhərində ev dustağı olan rahib Bransonun həyat yoldaşı bu gün şəhərdəki dini mərasimə qatılıb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, iki həftədir şəhərdəki dini mərasimə qatılmayan Bransonun xanımı Norine Branson bu gün “Diriliş” kilsəsinə gedib: “Bundan əvvəl həmişə təxminən bir kilometrlik məsafəni piyada gedən xanım Branson bu dəfə taksi xidmətindən istifadə edib. O, taksidən düşən kimi, sürətli addımla kilsəyə daxil olub. Polis qüvvələri Bransonun xanımının gəlişindən sonra kilsə ətrafında təhlükəsizliyi daha da gücləndirib”.

Xatırladaq ki, Bransonun həbsinə görə ABŞ prezidenti Tramp Türkiyəyə savaş açıb. O, rahibin dərhal ev dustaqlığından azad edilərək, Amerikaya göndərilməsini tələb edir. Lakin rəsmi Ankara bu prosesin məhkəmədən aslı olduğunu bildirərək, tələbi rədd edib.

Onu da qeyd edək ki, rahib Branson casusluq,  FETÖ və PKK-ya yardım etməkdə ittiham olunaraq, 2016-cı ildə həbs edilib. Əgər ittihamlar təsdiqlənərsə, onu 35 il həbs gözləyir.