XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Sentyabr 2018 - 14:34

İsrail Suriyadakı hərbi bazaya raket zərbəsi endirdi –İki partlayış olub

Suriyanın Dəməşq əyalətindəki hərbi aerodroma raket zərbəsini İsrailin Hərbi Hava Qüvvələri endirib.

TASS xəbər verir ki, bu barədə bazar günü “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanal bundan əvvəl Dəməşq ətrafındakı aviabaza yaxınlığında iki partlayışın baş verdiyi barədə xəbər yayıb.

Hücuma Suriya paytaxtından qərbdə yerləşən Məzzə rayonundakı hərbi baza məruz qalıb.

“PressTV” telekanalının məlumatına görə, Suriyanın raket əleyhinə müdafiə sistemləri atılan raketləri dəf edib/Report.