XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 16:38

Türkiyə 1915-ci ilə aid hərbi arxivləri açdı
Türkiyə Silahlı Qüvvələri 1915-ci ilə aid hərbi arxivləri açıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfi ermənilərin öz arxivlərini açacağını gözləməyərək birtərəfli addım atmaq qərarına gəlib.
Açılan sənədlərdən görünür ki, I Dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilər ölkə daxilində köçürülərkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.
Sənədlərdə 1915-ci ildə Anadoluda dinc əhalini qətlə yetirən erməni quldur dəstələri və fərarilər haqqında çoxsaylı faktlar yer alıb.