XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2018 - 17:32

“Aş-Şabab” qruplaşması terror törətdi –6 nəfər öldü, 14 yaralı var

Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında idarə etdiyi avtomobili partladıb.

Trend-in məlumatına görə, partlayış nəticəsində 3-ü nəzarət-buraxılış məntəqəsində avtomobili saxlayan hərbçi olmaqla 6 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. Bildirilir ki, xəsarət alanların 6-sı uşaqdır. Partlayışa görə cavabdehliyi “Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.