XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 10:02

Yəmən prezidenti ABŞ-da xəstəxanaya yerləşdirilib

Yəmənin qanuni lideri Abd-Rabbu Mənsur Hadi ABŞ-da xəstəxanaya yerləşdirilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb prezidentin müalicəyə ehtiyacının yaranmasıdır. Məlumata görə, onun ürəyində 2011-ci ildən problem var.

Hadi husilərin nəzarət altına aldığı paytaxt Sananı tərk edib. Onun ya Səudiyyə Ərəbistanında, ya da Yəmənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nəzarəti altında olan ərazisində yaşadığı ehtimal edilir.