XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2018 - 12:46

Paşinyan Moskvaya səfərə hazırlaşır –Putinin Koçaryana təbrik zənginin ardınca...

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə problem olmadığını, “hər şeyin öz yolunda getdiyini” deyir.

O, sentyabrın 2-də “Facebook” səhifəsində vətəndaşların suallarını cavablandırarkən deyib ki, yaxın gələcəkdə Moskvaya səfər edəcək, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək:

“Üçüncü görüşümüz olacaq. Əminəm ki, münasibətlərimizdəki çoxsaylı məsələləri detallı müzakirə edib həll yolunu tapacağıqBütün mümkün problemlərin həll olunacağını demək istəmirəm, amma əminliklə deyə bilərəm ki, təbii əməkdaşlığımız davam edir”.

Bəzi təhlilçilərin fikrincə, Ermənistanın yeni hökumətinin bəzi addımları Rusiyanı qıcıqlandırıb. Bu tədbirlərə keçmiş prezident Robert Koçaryan və bir sıra digər keçmiş yüksəkçinli məmurların 2008-ci ildə prezident seçkisindən sonra müxalifətə təzyiqlərlə bağlı ittiham olunması da daxildir.

“Konstitusion quruluşu dəyişmək”də suçlananlar arasında keçmiş müdafiə naziri, hazırda Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri Yuri Xaçaturov da var.

İyulda Rusiyanın xarici işlər naziri Sergey Lavrov təqibləri pisləyib, onların yeni rəhbərliyin “sələflərini siyasi motivlərlə təqib etməyəcəyinə” dair daha öncə verdiyi vədlərə zidd olduğunu deyib.

Ermənistan-Rusiya mnasibətlərinin pisləşməsi haqda spekulyasiyalar ötən həftə lap güclənib. Belə ki, Kremlin rəsmi vebsaytı yazıb ki, Rusiya prezidenti Putin avqustun 31-də Koçaryana zəng edərək onu 64 yaşı münasibətilə təbrik edib.

Kreml telefon zənginin ayrıntılarını verməyib. Bu zəngdən iki həftə öncə Koçaryan aktiv siyasətə qayıdacağını, ölkənin yeni hökumətinə meydan oxuyacağını bildirib.

Rusiyanın “Interfaks” xəbər agentliyinin avqustun 31-də verdiyi xəbərə görə, Moskva Ermənistanın keçmiş müdafiə naziri Mixael Harutiunyanın ekstradisiyasından imtina edib, Rusiya vətəndaşı olmasını əsas gətirib. Onun Rusiyada yaşadığı güman edilir, Ancaq Ermənistan prokurorluğunun sözçüsü bu məlumatı təkzib edib, Harutiunyanın harada olmasını bilmədiklərini deyib.

Harutiunyan da 2008-ci il seçkisonrası iğtişaşların yatırdılmasında iddia olunan roluna görə suçlanır.

(Azadlıq radiosu)