XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 13:20

Con Kerri prezident seçkilərində iştirak edə bilər –ABŞ-ın sabiq dövlət katibi açıqlama verib

 

ABŞ-ın sabiq dövlət katibi Con Kerri 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməyib.

“Report”un verdiyi məlumata əsasən, sabiq dövlət katibi bu barədə ABŞ-ın “CBS News” telekanalının efirində bildirib. C.Kerri ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hakimiyyəti dövründə siyasətdə fəal şəkildə qalmaq niyyətində olduğunu diqqətə çatdırıb.

Bununla belə, onun fikrincə, 2020-ci ildə keçiriləcək seçki yarışı barədə müzakirə açmaq hələ tezdir.

Qeyd edək ki, Con Kerri daha əvvəl – 2004-cü ildə ABŞ Demokratlar Partiyasından namizədliyini irəli sürərək prezident seçkilərində iştirak edib. O zaman C.Kerri Respublikaçılar Partiyasının namizədi Corc Buşa məğlub olub.