XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 13:58

Lavrov Paşinyanın Moskvaya çağırılmasının səbəbini açıqladı:"Vəziyyətin hara getdiyini eşitmək bizim üçün vacibdir"

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (МГИМО) birinci kurs tələbələri qarşısında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, yaxın günlərdə RF prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi nəzərdə tutulur.

Rusiya mətbuatının yaydığı xəbərə görə, Lavrov çıxışında deyib: “Yaxın zamanlarda prezident Putinlə baş nazir Paşinyanın daha bir görüşü planlaşdırılır. Düşünürəm ki, Ermənistanın yeni liderinin öz ölkəsində vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirməsini eşitmək bizim üçün vacibdir.

 

Əlbəttə, biz indiki vəziyyətdə Ermənistanın KTMT qarşısında öhdəliklərinin necə göründüyünə biganə qala bilmərik, belə ki, bu öhdəliklər qüvvəsindədir və onlar tam həcmdə icra edilməlidir, o cümlədən ümumi təşkilatımızımn nüfuzunun və imicinin möhkəmləndirilməsi baxımından”, – nazir vurğulayıb.

Eyni zamanda, Lavrov onu da qeyd edib ki, Rusiya, bir sıra başqa dövlətlərdən fərqli olaraq, Ermənistanda hakimiyyət dəyişikliyi prosesinə müdaxilə etməyib. (virtualaz.org)