XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2015 - 17:25

MKİ-nin sabiq sədri eşqin qurbanı olacaq

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq sədri David Petrayevusun başı dərddə. ABŞ-ın keşmiş bir nömrəli xəfiyyəçisini həbs gözləyir. Vəkilləri onu həsdən qorumaq üçün məhkəməylə dil tapmağa və cəzasını 40 min dollarlıq cəriməylə kompensasiya etməyə çalışırlar. Amma, deyəsən, məsələ Petrayevusun arzulamadığı şəkildə olacaq. Nədən ki, məhkəmənin David Petrayevus barəsində xeyli sərt cəza verəcəyi gözlənilir.

Sabiq baş xəfiyyəçini müttəhimlər kürsüsündə əyləşdirən yaxın keçmişdə yaşadığı eşqbazlığıdır. Məlumata görə, 4 il bundan əvvəl Petrayevus qeyri-qanuni eşqin dadına baxmaq istəyib. Yenicə tanış olduğu jurnalist Paula Brodvellə xoşbəxtliyi isə uzun sürməyib. Bir ildən sonra onun sevgilisi hazırladığı bioqrafik kitabda açıqlanması qanunən qadağan olan bilgilərə yer verib. Elə bu səbəbdən də yenicə MKİ-nin sədrliyinə təyin olunan Petrayevusun qara günləri başlayıb. Kəşfiyyat idarəsinin gizlinləri faş olunar-olunmaz, yəni 2012-ci ildə istefaya göndərilən bu eşq qurbanı daha sonra Federal Tədqiqatlar Bürosunun qara siyahısına düşüb. Büro peşə sirlərini sevgilisindən gizlədə bilməyən Petrayevusun həbsini tələb edir. Görünən budur ki, İraq və Əfqanıstanda həbs olunan məhbuslara qarşı misli görünməmiş işgəncələr törədən sabiq baş xəfiyyəçi indi öz layiqli cəzasını çəkməli olacaq. Amma nə yazıq ki, ona cəzanı məhbuslardan vəhşi metodlarla söz aldığına görə yox, “uca göylərin mehrabı olan” eşqinə görə verəcəklər.