XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 15:58

Pakistan parlamenti sabah ölkənin yeni prezidentini seçəcək –3 namizəd irəli sürülüb

 

 Sentyabrın 4-də Pakistanda prezident seçkiləri keçiriləcək.

Seçkilər yerli vaxtla saat 10:00-da ölkə parlamentinin aşağı və yuxarı palatalarında, həmçinin 4 əyalət məclisində eyni vaxtda başlayacaq və yerli vaxtla saat 16:00-da sona çatacaq. AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, prezident seçkilərində iqtidar və müxalifət partiyalarından üç namizəd mübarizə aparır. Hakim Pakistan Ədalət Hərəkatı partiyasının seçkilərdəki namizədi bu siyasi təşkilatın qurucularından biri və parlamentin aşağı palatasının üzvü Arif Alvindir. Əvvəlcə seçkilərə ortaq namizədlə qatılmaq barədə razılıq əldə edən müxalifət partiyalarında sonradan fikir ayrılığı yaranıb. Pakistan Xalq Partiyası prezident postuna Aitizaz Ahsanın, müxalifətdə yer alan digər partiyalar isə beş partiyanın seçki ittifaqı olan Birləşmiş Aksiya Hərəkatının lideri Mevlana Fazlurrahmanın namizədliyini irəli sürüb.

Ölkədə ümumilikdə 706 üzvünün olduğu 6 parlamentdə keçiriləcək seçkilərdə minimum 236 səs yığan namizəd Pakistanın yeni prezidenti olacaq.

Qeyd edək ki, ölkənin hazırkı prezidenti Məmnun Hüseynin səlahiyyətləri sentyabrın 9-da başa çatır. Pakistanda prezident beş il müddətinə seçilir.