XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2018 - 18:02

Rusiya FTX-İŞİD-in gəlirləri 10 dəfə azalıb

  

İŞİD terror qruplaşmasının gəlirləri 2014-cü ildən bəri 10 dəfə azalıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin operativ informasiya və beynəlxalq münasibətlər xidmətinin rəhbəri Sergey Beseda bildirib.

“2014-cü ildə olan maliyyə gəlirləri ilə müqayisə etsək, o vaxt bu rəqəm, təxminən, 3 milyard dollar idi. İndi isə İŞİD terror qruplaşması ildə 200-300 milyon dollar ala bilir”, – S.Beseda deyib.

Onun sözlərinə görə, gəlirlərin azalması neft hasilatından və yaraqlıların nəzarət etdikləri ərazilərdə tətbiq etdikləri vergilərdən gələn maliyyənin aşağı düşməsi ilə bağlıdır.