XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 20:09

Argentinada nazirliklərin sayı yarıyadək ixtisara salınacaq –Prezident elan etdi

 

 Argentinada büdcə xərclərinin azaldılması məqsədi ilə nazirliklərin sayı demək olar ki, iki dəfə ixtisar olunacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu sentyabrın 3-də Argentina Prezidenti Maurisio Makri elan edib. “Mən nazirliklərin sayını yarıyadək ixtisar etmək barədə qərar qəbul etmişəm”, – deyə o bildirib. Dövlət başçısı, həmçinin ixrac rüsumlarının bərpası və ya artırılması ilə bağlı planlarını da açıqlayıb.

Hökumət strukturunda dəyişikliklər Argentinanın hakimiyyət orqanlarının büdcə xərclərinin azaldılması üzrə tədbirləri fonunda həyata keçirilib. Belə ki, ilin ilk 5 ayı ərzində milli valyutanın 25 faiz dəyər itirməsindən sonra Buenos-Ayres kömək üçün Beynəlxalq Valyuta Fonduna müraciət etmək məcburiyyətində qalıb.

İlin əvvəlindən bəri pesonun məzənnəsi 50 faizdən çox aşağı düşüb. Milli valyutanın kəskin ucuzlaşması səbəbindən hökumət inflyasiyanın planlaşdırılan 15 faizdən çox olacağını etiraf edib.