Əfqanıstanın şərqində silahlı hücum nəticəsində bir amerikalı hərbçi öldürülüb, daha biri isə yaralanıb.
“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Əfqanıstandakı NATO missiyasının saytı məlumat yayıb.
Hadisənin təfərrüatı açıqlanmır. Yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Missiyadan bu faktın ABŞ-ın Əfqanıstanda cari il ərzində öldürülən altıncı hərbçisi olduğu da vurğulanıb.