XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 21:45

Ronaldo İspaniya klubunun səhmlərinin 51 faizini alıb- 30 milyon avroya

Braziliya milli komandasının əfsanəvi futbolçusu Ronaldo yenidən İspaniya La Liqasına yüksələn “Valyadolid” klubunun səhmlərinin 51 faizini alıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı sabiq hücumçu bunun üçün 30 milyon avrosundan keçməli olub. O, bu gündən “Valyadolid”in əsas səhmdarı və prezidenti olacaq.

Rəsmi imzalar atıldıqdan sonra Ronaldo yeni klubu ilə bağlı fikirlərini bölüşüb: “Bundan əvvəl futbolun bir neçə səviyyəsində iştirak etmişdim. İndi yeni bir mərhələyə başlayıram. “Valyadolid” klubunu daha yüksək yerlərə qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Bu yolda azarkeşlərin də dəstəyi vacibdir”.

Qeyd edək ki, “Valyadolid” 2017/2018 mövsümündə 5-ci yeri tutaraq La Liqaya vəsiqə qazana bilib.