XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 00:20

Con Nikolson Əfqanıstandakı Beynəlxalq qüvvələrin komandanlığı postunu tərk edib

ABŞ genaralı Con Nikolson Amerikan və Beynəlxalq qüvvələrin komandanlığı postunu tərk edib. Ekspertlərin sözlərinə görə, hər iki tərəf üçün hazırda heç bir irəliləyiş müşayiət edilmir.

Nikolson müharibə komandiri kimi xidmət etməzdən əvvəl bir neçə müddət əfqanlarla birlikdə mübarizə aparıb. O Əfqan əsgərlərinin yaşayış şərtlərinin yaxşılaşacağına ümid edir. Nikolson 2016-cı ilin yanvar ayında təsdiqetmə dinləməsində bildirmişdi ki, o, Əfqan əsgərlərinin maaşının ödənilməsi məsələsində korrupsiyaya son qoymağın yollarını axtaracaq.
“Biz əsgərlərə əldən-ələ, nağd şəkildə ödəniş etməkdənsə, onların maaşlarını tam miqdarda ala biləcəyi avtomatik ödəniş sistemi yaradacağıq.” – deyə, Genaral Nikolson bildirib.
ABŞ ordusunun məlumatına görə, sistem işlə salındıqdan sonra keçən il təxminən 62 milyon dollar pula qənaət edilib. Ancaq müstəqil nəzarətçilər bu rəqəmi təsdiqləməyiblər. Nikolsonun hərbi komandanlığı altında hazırlanmış yeni strategiyaya beynəlxalq qoşunlar minlərlə əsgər göndərərək dəstək olub.

O bildirib ki, əlavə olunmuş qoşunlar növbəti dörd il ərzində Əfqan hava qüvvələri və Əfqan xüsusi təyinatlı dəstələrin sayını ikiqat artıraraq ordunun hücum etmək qabiliyyətini gücləndirəcək.

Biz bu işə davam edəcəyik. Strategiyamıza bağlı qalmaq üçün müsbət səbəblərin olduğunu düşünürük. Məqsədimiz bu strategiya ilə nəticə əldə etməkdir.” – deyə, ABŞ müdafiə naziri Cim Mattis qeyd edib.
Rəsmilər ümid edir ki, bu il davam edəcək atəşkəs vəziyyəti irəliləmənin olduğuna dair bir işarə olacaq.

Onlar iddia edirlər ki, sonuncu dəfə Qazni şəhərinə edilən hücum onu sübut edir ki, Taliban heç bir fərq qoymadan öldürür və hökümətdən almağa çalışdıqları əraziləri artıq nəzarətində saxlamağa nail ola bilmirlər. (Amerikanın Səsi)