Amerika Ukrayna ordusunun əsgərlərini rus separatçılarıyla cəbhə xəttində yetişdirir. Bu iddianı “İnterfax” xəbər agentliyinə müsahibə verən Rusiyanın Müdafiə Nazirliyinin sözcüsü irəli sürüb. Onun fikrincə, ABŞ əsgərləri Ukrayna rəsmilərinin bildirdiyi kimi, ölkənin qərbində deyil, Mariupolda, Severodonetskdə yerləşiblər.
ABŞ Xarici İşlər nazirliyi isə Rusiyaya qarşı oxşar ittiham sürür və bu ölkənin Ukraynanın sərhədləri daxilində havadan müdafiə sistemləri qurduğunu iddia edir.
Strateq.az