XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 18:00

Ermənistanda fermerlər etiraza başladı –Üzüm istehsalçıları ucuz qiymətdən narazıdırlar

Ermənistanın qərbində fermerlər paytaxt Yerevana gedən magistral yolu bağlayıb. Onlar araqçəkənlərin onlardan üzümü daha baha qiymətə almasını tələb edirlər.

Sentyabrın 4-də səhər baş verən etiraz aksiyası nəqliyyatın hərəkətini iflic edib. Regiondakı fermerlərin Yerevan Konyak Şirkəti ilə müqavilələri var. Onlar şikayətlənirlər ki, şirkətin yerli filialı bu il üzümün kilosunun qiymətini 4 sent azaldıb.

Ancaq fermerlər 2018-ci ildə istehsal xərclərinin artdığını, kiloya görə hazırda ödənilən 25 sentin onları qane etmədiyini deyirlər. Onların deməsinə görə, bu qiymətə yalnız məhsulun becərilmə xərci daxildir və onlara qazanc qalmır.

“Gübrələrin, benzinin qiyməti artıb. Onlar alış qiymətini necə təyin etdiklərini izah etmirlər. Bu gün bir qiymət qoyurlar, sabah onu aşağı salırlar”, – bugünkü etiraz aksiyasına qatılmış bir fermer “Azadlıq” radiosuna deyib.

Ermənistanın qərbindəki Armavir vilayət başçısının müavini Gagik Gabrielyan isə radionun erməni xidmətinə deyib ki, spirtli içi şirkətləri üzümün qiymətini onun keyfiyyəti və miqdarına uyğun təyin edirlər.

Üzümün ucuzlaşması özəlliklə Armavir regionunda fermerlər üçün təkrarlanan problemə çevrilib. Bəzən şirkətlər satışın azalmasını əsas gətirərək alışın həcmini də kiçildirlər.

(Azadlıq radiosu)