İngiltərənin paytaxtı Londonda insanların üzərinə zəhərli maddə atılıb.
Qərb mətbuatının yazdığına görə, hücum nəticəsində üç nəfər zərər çəkib.
Zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Sonradan onlar xəstəxanaya çatdırılıb.
Hücum zamanı hansı zəhərli maddədən istifadə edildiyi açıqlanmır.
Polisdən bildiriblər ki, hadisə ilə bağlı heç kim həbs olunmayıb.