XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2018 - 10:32

İraqın Bəsrə şəhərində nümayişlər:7 nəfər ölüb

İraqın cənubunda yerləşən Bəsrə şəhərindəki nümayişlərdə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 7 nəfər həyatını itirib.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, hadisələrdən sonra şəhərdə küçələrə çıxmaq qadağan edilib.

Bəsrədəki yerli mənbələrdən alınan məlumata görə, şəhərdə kommunal xidmət məhdudiyyəti səbəbindən başlayan aksiyalara təhlükəsizlik qüvvələri sərt şəkildə müdaxilə edib. Müdaxilə nəticəsində ölənlərlə yanaşı, 30-dan çox insan yaralanıb.

İraq neftinin təxminən yüzdə səksəninin çıxarıldığı Bəsrə vilayətində xalq iki aydır işsizlik, elektrik böhranı və dövlət xidmətlərində baş verən çatışmazlıqlar səbəbindən mitinqlər keçirir.