XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2018 - 13:35

Mer güllələnərək qətlə yetirildi- Filippində

Filippində Ronda şəhərinin meri qətlə yetirilib. Trend-in məlumatına görə, hadisə Sebu əyalətində 4 naməlum şəxs tərəfindən törədilib.

Şəhərin meri Mariano Blanko ofisində güllələnib.

Qeyd edək ki, Filippində iyul ayında da iki oxşar hadisə baş vermişdi. Həmin vaxt Tanavan şəhərinin meri Antonio Xalili güllələnmişdi. Digər bir bələdiyyə meri Tinio Ferdinand Bote isə Nueva-Esiha əyalətində öz avtomobilində qətlə yetirilmişdi.