XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2018 - 14:11

“Facebook” və “Twitter” şirkətlərinin rəhbərləri ifadə verəcəklər- ABŞ Konqresinin dinləmələrində

“Facebook” və “Twitter” şirkətlərinin rəhbərləri bu gün ABŞ Konqresinin internetlə siyasətin əlaqələrinə həsr olunmuş dinləmələrində ifadə verəcəklər. “Facebook” şirkətinin administrasiyası seçkilərdə mümkün müdaxiləni ciddi qəbul etdiyini və bu problemə məsuliyyətlə yanaşdığını dəfələrlə təsdiqləyib. “Twitter” şirkətinin rəhbərləri də siyasətin öz fəaliyyətlərinə hər hansı təsirini inkar edirlər.

ABŞ Konqresinin kəşfiyyat üzrə senat komissiyasının sorğusuna baxmayaraq, “Google Alphabet Inc” şirkətinin rəhbərlərindən heç biri dinləmələrdə ifadə verməyəcək. Bu da, öz növbəsində, ABŞ qanunvericilərini məyus edib.

Azərtac xəbər verir ki, şirkətin çərşənbə günü dərc olunan rəsmi ifadələrinə görə, “Facebook”un baş icraçı direktoru Şeril Sandberq “Twitter” şirkətinin baş icraçı direktoru Cek Dorsi ilə birgə çıxış edərək bildirib ki, xarici dövlətlərdən müdaxiləyə qarşı onun şirkətinin səyləri ABŞ-da 2016-cı il seçkilərindən sonra yaxşılaşıb. “Bunun cavabında gördüyümüz tədbirlər bizim bu kimi müdaxilələri dayandırmaqdan ötrü mümkün olan hər şeyi etmək qətiyyətimizi nümayiş etdirir”, – deyə Ş.Sandberqin ifadələrində bildirilir. Sandberqin bəyanatına görə, şirkət “mötəbər olmayan” məzmunda məlumatların axtarışı və kənarlaşdırılması sahəsində üsulları təkmilləşdirir. Bəyanatda, həmçinin bildirilir ki, şirkətdə məlumatların təhlükəsizliyi və qorunması sahəsində 20 mindən çox adam çalışır.

Hər iki şirkət rəhbəri ötən il ərzində Konqresdə dəfələrlə çıxışlarında öz mövqelərini müdafiə edib və onların saytlarında siyasi müdaxilənin az və ya ümumiyyətlə olmadığını təsdiqləyib. Kəşfiyyat üzrə senat komitəsi bir ildən çoxdur ki, xaricdən maraqlı tərəflərin ABŞ-da ictimai rəyin nüfuzuna təsir edən cəhdləri ilə bağlı təhqiqat aparır.

Xatırladaq ki, ABŞ xüsusi xidmət orqanlarının ölkədə keçirilmiş seçkilərə müdaxilə olunması qənaətinə gəlməsindən sonra təhqiqata başlanılıb.