XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2018 - 14:24

KİV:“İsrail Suriyada İranın 202 hədəfini vurub”

İsrail ordusu son 18 ay ərzində İranın Suriyadakı 202 hədəfini vurub.

“Report” “Aksham”a istinadən xəbər verir ki, bunu İsrail ordusunun adının açıqlanmasını istəməyən vəzifəli şəxsi deyib.

Bildirilib ki, əməliyyatların çoxu döyüş təyyarələri tərəfindən həyata keçirilib.

Məlumata görə, 2017-ci ildən indiyədək İsrail Suriyaya 792 bomba və raket atıb. İsrailin vəzifəli hərbçisi bildirib ki, vurulan hədəflərin böyük bir qismi İran İnbqilab Keşikçiləri Qvardiyasına aid olub.

Məsul şəxsin sözlərinə əsasən, İsrailin hücumları nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyası Suriyada bəzi bazalardan çıxmağa məcbur olub.