XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2018 - 18:15

İspaniya NATO-nun ən iri təlimlərində iştirak edəcək- “Soyuq müharibə”dən sonra ilk dəfə

İspaniya Silahlı Qüvvələri “soyuq müharibə” başa çatdıqdan sonra ilk dəfə olaraq NATO-nun ən iri təlimlərində iştirak etməyə hazırlaşır.

Azərtac xəbər verir ki, bu beynəlxalq təlimlər oktyabrın 25-dən noyabrın 7-dək Norveçin müxtəlif bölgələrində və onun sahil sularında keçiriləcək. İspaniya təlimlərə özünün təxminən 300 piyadasını, 500 dənizçisini və Hərbi-Hava Qüvvələrinin 100 nümayəndəsini göndərir. Bununla yanaşı, İspaniya ordusu bu Skandinaviya ölkəsinə 4 “Leopard” tankı, 11 “Pisarro” zirehli transportyoru, 3 gəmi, 6 “F-18” qırıcısı və 1 “S-295” nəqliyyat təyyarəsi də göndərir.

Bu, müasir tarixdə ikinci hadisədir ki, İspaniya öz “Leopard” tanklarını sərhədlərindən kənara yollayır. İspaniya hökuməti bunu ilk dəfə 2017-ci ilin ortalarında – NATO-nun Baltik ölkələrində keçirdiyi təlimlər üçün edib.