XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2018 - 18:26

Yuri Uşakov:"Putinlə Paşinyanın görüşündə bütün məsələlər üzrə ciddi danışıqlar gözləyirik"

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada bir sıra vacib məsələləri müzakirə edəcəklər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib.

“Müzakirə olunası çoxlu məsələ yığılıb qalıb, həm bizim tərəfdən, həm də Ermənistan tərəfdən. Ona görə də həm ikitərəfli əməkdaşlıq, həm də Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi beynəlxalq təşkilatlarla birgə işlə bağlı bütün məsələlər üzrə açıq, ciddi danışıqlar gözləyirik”, – Y.Uşakov deyib.

O, V.Putin və N.Paşinyanın avqustun 16-da baş tutan telefon danışığı zamanı görüş keçirilməsini razılaşdırdığını xatırladıb.