XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2018 - 18:40

Putin, Ərdoğan və Ruhani birgə bəyanatla çıxış edəcəklər- Tehrandakı görüşün yekunlarına dair

Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də Tehranda baş tutacaq görüşün yekunlarına dair birgə bəyanatla çıxış edəcəklər.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov deyib.

Qeyd edək ki, daha öncə Kreml rəsmi olaraq bəyan etmişdi ki, Rusiya prezidenti Suriya böhranının nizamlanması məsələsi ilə əlaqədar üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana səfər edəcək. Bildirilirdi ki, Tehranda rusiyalı liderin iranlı həmkarı Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşləri də nəzərdə tutulub.