XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2018 - 20:17

Şimali Koreya lideri Cənubi Koreyadan olan nümayəndə heyətini qəbul edib

Şimali Koreyanın lideri Kim Çen In Cənubi Koreyanın prezidenti Mun Çje İnin xüsusi təmsilçisi Çon Iy Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti Mun Çje İnin şəxsi məktubunu Kim Çen Ina təqdim edib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Cənubi Koreyadan olan qonaqlar təntənəli şam yeməyindən sonra Pxenyanı tərk edib. Nümayəndə heyətinin tərkibində Milli Kəşfiyyat Agentliyinin başçısı So Xun və birləşmə üzrə nazirin müavini də olub.

Qeyd edək ki, Şimali Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikasının liderləri cari ildə iki dəfə – aprel və may aylarında görüşüblər.