XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2018 - 22:10

Ukraynada qadınların orduda xidmət keçməsinə icazə verildi –Ali Rada qərarı təsdiqlədi

Ukraynada qadınların orduda xidmət keçməsinə icazə verilib. 

UNİAN xəbər verir ki, Ali Rada Ukrayna Silahlı Qüvvələrində qadınların kişilərlə bərabərliyini təsbit edən qanun layihəsini təsdiqləyib.

Qanuna əsasən, Ukraynada qadınlar müqavilə əsasında Silahlı Qüvvələrdə xidmət keçə, orduya çağırıla, habelə ehtiyatda qulluq edə biləcəklər.

İstisnalar yalnız anaların və uşaqların hüquqlarını qoruyan mövcud qanunların nəzərdə tutduğu hallara şamil edilir.

Qanun dərc edildikdən on gün sonra qüvvəyə minəcək/Report.