XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 10:10

Qərb Rusiyanı Noviçok hücumunu etiraf etməyə çağırır –Moskva bu ittihamı rədd edib

Britaniya Rusiyanı onun ərazisində keçmiş rusiyalı casus və onun qızına kimyəvi hücuma görə tənqid edib. Qərb müttəfiqləri tərəfindən dəstəklənən London Moskvanı “törədilmiş cinayətə görə təkzibolunmaz sübutları etiraf etməyə çağırıb”.

Britaniya hökuməti bundan əvvəl Sergey Skripal və onun qızı üzərinə hücumla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi. Britaniyanın BMT-dəki səfiri Karen Price sentyabrın 6-da deyib ki, onun ölkəsinin müstəqil polis orqanları iki Rusiya vətəndaşının qətlə qəsd hərəkətlərində bulunduqlarını sübut etmişlər. Onun sözlərinə görə onlar bu zaman şübhəli bilinən rusiyalıların Noviçok kimi tanınan kimyəvi agentdən istifadə etdiklərini sübuta yetirmişlər.

Britaniya sentyabrın 5-də iki Rusiya vətəndaşına – Aleksandr Petrova və Ruslan Boşirova qarşı qiyabi olaraq ittiham irəli sürüb. Onların Rusiya Baş Kəşfiyyat İdarəsinin agentləri olduğu düşünülür.

BMT Təhlükəsizlik Şurasının yığıncağından əvvəl Birləşmiş Ştatlar, Fransa, Almaniya, Kanada sözü gedən zəhərlənmənin “demək olar ki, Rusiya hökuməti səviyyəsində həyata keçirildiyinə dair rəsmi Londonun gəldiyi nəticəni” qəbul etdiklərini bildiriblər.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Moskvaya qarşı irəli sürülmüş bütün ittihamları rədd edib və deyib ki, Londonun Moskvaya qarşı ittihamları tamamilə əsassızdır. (Amerikanın Səsi)