XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 10:26

ABŞ 4 şəxs və 5 şirkətə sanksiya tətbiq edib –Səbəb

ABŞ Xəzinədarlıq Nazirliyi dünən Suriya dövlətinə dəstək verdiyini iddia etdiyi 4 şəxs və 5 şirkətə sanksiya tətbiq edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın Xəzinədarlıq Nazirliyi 9 şəxs və şirkəti Suriya dövləti üçün maliyyə mübadilələri, yanacaq və silah daşınmasını asanlaşdırmaqda ittiham edib.

Yeni sanksiyalara görə bu 9 şəxs və şirkətin ABŞ məhkəməsi ərazisindəki  əmlakı dondurulub və Amerika vətəndaşları bu şirkətlə ticarət əlaqələrindən çəkindirilib.  ABŞ Xəzinədarlıq naziri Stiven Mnuçin bəyanatda bildirib ki, Vaşinqton yeni qərarı Suriya dövlətinin İdlib şəhərinə qarşı əməliyyata başlamaq qərarına reaksiyada verib.

Suriya ordusu son həftələrdə İdlib vilayətini terrorçuların işğalından azad etmək üçün lazımı hazırlıqlar görür.