Almaniyanın kansleri Anqela Merkel ilk dəfə olaraq Rusiyanın Suriyadakı fəaliyyətini dəstəkləyib.
Strateq.az RİA-ya istinadən bildirir ki, bu barədə “Deutsche Wirtschafts Nachrichten” qəzeti məlumat yayıb. Qəzet qeyd edib ki, silahlılar dinc əhalini “canlı qalxan” kimi istifadə etməsi Rusiyanın Suriyadakı antiterror əməliyyatını çətinləşdirir: “Radikal qüvvələri dəf etmək üçün cəhdlər göstərmək lazımdır. Amma bu zaman dinc əhalinin də müdafiəsi vacibdir. Biz humanitar fəlakətdən qaçmalıyıq”-deyə hökumət başçısı İdilib əməliyyatını şərh edərkən bəyan edib.
Merkel həmçinin deyib ki, bu məsələni Rusiya və Türkiyə prezidentləri ilə müzakirə edib.