XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 12:50

Xameneyi ABŞ və İsraili ittiham etdi:“İran xalqını ruhdan salmaq üçün media müharibəsi aparırlar”

 

 “İranın bədxahları iqtisadi savaş ilə yanaşı media və təbliğat savaşını da gündəmə daxil ediblər. Buna görə də tənqidlər xeyirxahlıq və islahatların aparılması məqsədinə malik olmalıdır”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri ali dini lider Xameneyi Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüşü zamanı bildirib.

İranın ali dini lideri ayətulla Amerika Birləşmiş Ştatları və İsraili iranlıları ruhdan salmaq üçün “media müharibəsi” aparmaqda ittiham edib:  “Bu gün İslam quruluşumuz  hərtərəfli bir iqtisadi savaş ilə üz-üzədir. Bu savaş vahid bir düşüncə otağı tərəfindən dəqiq və hərtərəfli formada istiqamətləndirilir. Amma, bu savaşın kənarında böyük önəm kəsb edən media və təbliğat savaşı da cərəyan etməkdədir və bəzən bu məsələ diqqətlərdən kənarda qalır”.

Xameneyi deyib ki, hazırda bu savaş daha ciddi və iri miqyaslı forma alıb: “Əldə olan məlumatlara görə, ABŞ və sionist rejimin casusluq orqanları  media savaşı üçün geniş imkanlar yaradıblar və İran ictimaiyyətinin təbliğat və düşüncə atmosferini zəhərləməyə çalışırlar”.

Xameneyi  ölkənin hazırkı şəraitində xalq və dövlət orqanları arasında birliyin mühüm məsələ olduğunu vurğulayıb.