Rusiya prezidenti Vladimir Putin Tehrana gəlib.
Strateq.az RİA-ya istinadən bildirir ki, o, üçtərəfli Rusiya-Türkiyə-İran sammitində iştirak edəcək. Bu gün başlanacaq zirvə görüşünün əsas mövzusu Suriya problemidir.
Bundan başqa Putin Türkiyə prezidenti Ərdoğan və İranlı həmkarı Ruhani ilə ayrıca görüş keçirəcək.