XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 20:00

Ermənistan prezidenti Paşinyan-Putin görüşü haqda:"Xüsusi nəsə gözləmək lazım deyil"

Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşü şərh edib.

“Report” xəbər verir ki, jurnalistlərin bu görüşdən gözləntiləriylə bağlı sualına cavabında A.Sarkisyan görüşdən xüsusi nəsə gözləmək lazım olmadığını bildirib.

Ermənistan prezidenti N.Paşinyan və V.Putin arasında görüşün çox yaxşı və dostluq ab-havasında keçəcəyinə və bu cür görüşlərin mütəmadi olaraq baş tutacağına əminliyini ifadə edib.

Ermənistan-Rusiya münasibətlərindəki gərginlik barədə sualı şərh edərkən isə A.Sarkisyan bu münasibətlərdə uzunmüddətli və dərin gərginlik gözləmədiyini bildirib.