XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 21:18

İranın Bəsrədəki Baş Konsulluğunun binası yandırıldı –Nümayişçilər tərəfindən

  

İranın İraqın Bəsrə şəhərindəki Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib. 

“Report”un “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, yüzlərlə nümayişçi diplomatik korpusun binasını ələ keçirərək od vurublar. 

Xəbərdə vurğulanıb ki, bu gün 20 min nəfər sosial problemlərə etiraz olaraq küçələrə axışaraq Bəsrə valiliyinin binasını da yandırıblar.

Məlumat hələlik rəsmi şəkildə təsdiq olunmayıb.