XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Sentyabr 2018 - 23:00

Gürcüstanda niqab və çadraya qadağa qoyula bilər –Parlamentə qanun layihəsi təqdim edilib

 

Gürcüstanda ictimai yerlərdə niqab və çadranın qadağan olunması ilə bağlı qanun layihəsi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, qanun layihəsini Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani hazırlayıb. Layihə yaxın günlərdə parlamentin müvafiq bürosuna təqdim olunacaq. Layihəyə əsasən, meydan, park, ictimai nəqliyyat növləri və digər ictimai yerlərdə niqab və çadradan istifadəyə görə 500 lari (190 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub. Niqab və çadradan təkrar istifadəyə isə 1500 lari (572 dollar) məbləğində cərimə tətbiq edilə bilər.

Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil edilməyəcək. Sənəddə qeyd olunub ki, düzəlişlərin hazırlanması son illər Gürcüstana gələn turistlərin sayının artması ilə bağlıdır. Belə ki, üzü bağlayan geyimlər şəxsin tanınmasına imkan vermir və bu da terrorizm təhlükəsi yaradır.

Məlumat üçün qeyd edək ki, bəzi Avropa ölkələrində niqab və çadraya artıq qadağa qoyulub.