Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ prezidenti Donald Trampa növbəti dəfə məktub göndərib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti D.Tramp deyib. D.Tramp bildirib: “O mənə məktub yazıb. Hazırda məktubu mənə gətirirlər… Fikirləşirəm ki, məktubu Mayk Pompeo gətirir”.
ABŞ prezidentinin sözlərinə görə, o, ümid edir ki, Məktubun məzmunu “müsbət” olacaq.